“Kəpəz”in milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dövründəki hazırlıq planı bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi 4 günlük istirahətdən sonra noyabrın 10-da məşqləri bərpa edəcək.
Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində bir yoxlama matçı keçirəcək. “Kəpəz” noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi “Gəncəbasar”la qarşılaşacaq.
“Kəpəz” fasilədən sonra Misli Premyer Liqasının 12-ci turunda, noyabrın 22-də doğma meydanda “Qarabağ”ı qəbul edəcək.
