“Neftçi”ni o qədər böyütdü ki…

09:50 Kəpəz 80
“Neftçi”ni o qədər böyütdü ki…

Son illərin ən yaxşı «Kəpəz»ini izləməkdəyik bu mövsüm. Axır yeddi oyunda 5 qələbə və 2 heç-heçə əla nəticədir.
«Kəpəz» bu uğurlu seriyanın ardını Bakıda da gətirə bilərdi. Əgər Azər Məmmədov «Neftçi»dən bu qədər çəkinməsəydi.
O, komandasını tanıyır. Yaxşı tanıyır. Ancaq lap yaxşı yox.
«Kəpəz» böyük qüvvə ilə müdafiə olunursa, irəli zonada təhlükəli ola bilmir. Bunu biz «Sabah»la çempionatın açılış turunda da gördük. Azər Məmmədov komandasını Masazırda necə oynatmışdısa, «Neftçi» önündə də o yola sadiq qaldı. Gözündə o qədər böyütdü ki...
Odur ki, ev sahiblərinin qapısı qarşısında nadir hallarda göründülər. Bir-iki xırda epizodu saymasaq, rəqib qapıçısını oyuna qoşmadılar.
Ürəkli olmaq lazımdır. Lap «Neftçi»yə qarşı. Olsun da… «Barselona» deyil, «Real» deyil, «Mançester Siti» deyil. PSJ heç deyil.
Meydanın mərkəzini boşaldan «Kəpəz» cərimə meydançasından çıxmağa çətinlik çəkdi, uzun ötürmələrə bel bağladı. Bu taktika ilə «Neftçi»nin qapısına yol tapmaq qaranlıq otaqda qara pişiyi tapmaq kimi bir şeydir.
«Kəpəz» Bakıda müdafiə da oluna bilmədi. «Neftçi»yə hər iki hissədə real qol fürsətləri verdilər. Azər Məmmədov Rojerio Santosu bağrına basmalıdır. Etdiyi seyvlərlə komandasını böyükhesablı məğlubiyyətdən təkbaşına qurtardığı üçün.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə