Ad çəkmədi, amma düzünü dedi - O, niyə Azərbaycana gəlmək istəməyib?

20:40 Kəpəz 330
Ad çəkmədi, amma düzünü dedi - O, niyə Azərbaycana gəlmək istəməyib?

Ölkəmizdə çıxış edən legionerlərin böyük qismi Azərbaycan Premyer Liqasına alternativ variant kimi baxır.

Onların əsas məqsədi daha rəqabətli, futbolun daha çox diqqət mərkəzində olduğu və azarkeş marağının yüksək olduğu çempionatlarda çıxış etməkdir.

Lakin belə ölkələrdən təklif almadıqda və ya həmin çempionatlarla yolları ayrıldıqda Azərbaycan klublarından gələn dəvətlərə müsbət yanaşan futbolçular az olmayıb.

“Kəpəz”in müdafiəçisi David Domqjoni də vaxtilə Azərbaycan Premyer Liqasının digər təmsilçilərindən təkliflər alıb. Ancaq həmin vaxt ölkəmizə gəlməkdənsə, karyerasını başqa çempionatlarda davam etdirməyə üstünlük verib.

Kosovo millisinin heyətində 3 oyun keçirən futbolçu bu barədə Sportinfo.az-a səmimi etiraflar edib:

“Kəpəz”ə gəlməmişdən əvvəlki illərdə Azərbaycan klublarından təklif almışdım. Düzdür, bu, rəsmi şəkildə olmamışdı, öz aramızda şifahi söhbətlər etmişdik.

Etika xatirinə həmin klubların və danışıq apardığım şəxslərin adlarını çəkmək istəmirəm. Yəqin ki, məni anlayışla qarşılayarsınız.

Həmin vaxt Türkiyə, daha sonra isə İsveçrə klublarından təkliflərim olduğu üçün karyeramı həmin ölkələrdə davam etdirməyi məqsədəuyğun saymışdım.

Bu dəfə isə “Kəpəz”in təklifi mənə cəlbedici gəldi. Komanda və klub haqqında müəyyən məlumatlar topladım.

Klubun tarixi, yeni stadionu, infrastrukturu, azarkeşləri və tarix ərzində qazandığı titullar diqqətimi çəkdi. Bu gün də burada olduğum üçün qətiyyən peşman deyiləm”.

29 yaşlı futbolçu karyerası ərzində Albaniya, Kosovo, Türkiyə, İsveçrə, Polşa, Qazaxıstan və Polşadas legioner həyatı yaşayıb.

Azərbaycan onun top qovduğu səkkizinci ölkədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti