“Kəpəz”dən uduzmağa “tövbə” - Düz 7 oyundur ki...

10:40 Kəpəz 117
“Kəpəz”dən uduzmağa “tövbə” - Düz 7 oyundur ki...

“Kəpəz” son iki ayda keçirdiyi 7 qarşılaşmada məğlubiyyətlə üzləşməyib.

Sportinfo.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə 5 qələbə qazanıb, 2 heç-heçə edib.

Komanda Misli Premyer Liqasında “Qəbələ”ni (1:0), “Araz-Naxçıvan”ı (2:0), “Şəfa”nı (2:1) və “İmişli”ni (1:0) məğlub edib. “Sumqayıt” və “Zirə” ilə oyunlar isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Kəpəz” Azərbaycan Kubokunda da uğurlu nəticə göstərib. Belə ki, Gəncə klubu “Baku Sportinq”ə 3:1 hesabı ilə qalib gələrək turnirin 1/8 final mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!