“Hələlik bilmirəm, bunu zaman göstərəcək”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Blessinq Olabiran deyib.
Nigeriyalı legioner “mövsümün bombardiri olmaq hədəflərin arasında yer alırmı“ sualına cavabında aşağıdakıları söyləyib:
“Futbol 11 nəfərin oynadığı komanda idman növüdür. Bu, tennis və ya boks deyil ki, yalnız şəxsi nailiyyətlərini düşünəsən.
Mənim əsas istəyim komandama, azarkeşlərimizə və komanda yoldaşlarıma kollektiv hədəflərimizə çatmaqda kömək etməkdir. Bu yolda əlavə fərdi uğurlar da əldə etsəm, niyə də yox?
Amma mənim şəxsi hədəflərim komandanın məqsədlərindən üstün deyil. Ən vacibi, komandaya bacardığım qədər kömək etmək və oyundan zövq almaqdır“.
