Hazırda Premyer Liqada çıxış edən legionerlər arasında ən aşağı əməkhaqqı alanan kimliyi müəyyənləşib.
Bu, 2026-cı ilin yayından “Kəpəz”in formasını geyinən Kennet Kalunqadır.
Gəncə təmsilçisi zambiyalı hücumçuya aylıq 1000 dollar maaş ödəyir.
Ötən mövsüm I Liqada “Mingəçevir”in heyətində forma geyinmiş 29 yaşlı afrikalı “sarı-göylər“lə 1+1 illik müqavilə imzalayıb.
Nizami yurdunun klubu Premyer Liqada yerini qoruyarsa, onunla kontraktın ikinci hissəsi avtomatik qüvvəyə minəcək.
Adıçəkilən forvard I Liqada 15 qol vurub. Onu belə az məbləğ qarşılığında “Kəpəz“də tər tökməyə sövq edən elitada özünü göstərmək istəyidir.
Yoxsa “Şahdağ“ başda olmaqla, aşağı liqanın əksər iştirakçıları onun xidmətinə maraq göstərib, indi qazandığından iki-üç dəfə artıq məvacib verməyə hazır olduğunu bildirib.
Zambiya mediası vaxtilə U-20 yığmasına dəvət almış Kalunqanın Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, əsas milliyə çağırılmasını istisna eləmir.
SPORTİNFO.AZ

