"Kəpəz" sabah Misli Premyer Liqasının 10-u turunda "İmişli"yə qarşı matça itki ilə çıxacaq.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Azuma Abubakar zədə səbəbindən sabahkı oyunda iştirak edə bilməyəcək.
Heyətdə digər zədəli və ya cəzalı futbolçu yoxdur.
Xatırladaq ki, "Kəpəz" - "İmişli" görüşü sabah saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.
