Səkkiz oyuna dörd qələbə və 14 xal - deyəsən,
Premyer Liqanın ilk dövrəsinin sürpriz komandası «Kəpəz» olacaq.
Azər Məmmədovdən gözlənilən bu deyildi, əslində,
Mövsümün istefa dalğasının birinci ondan başlayacağı düşünülürdü. O, doğma Gəncəyə ikinci dönüşündə bütün proqnozsevərləri yanıltdı.
Məmmədov gücü iki yerdən alır - biri Gəncə publikasıdır, biri də klub rəhbərliyidir. Birincilər hər ev oyununda stadionu doldurur. Səfər matçılarında da
«Kəpəz»i tək buraxmırlar.
Bu, heyəti zəif, maddi imkanı ondan da zəif bir komanda üçün bilirsiz, nə demsəkdir? Yağ, bal, qaymaq…
«12-ci oyunçu»nun nəfəsi «Kəpəz»i lokomotiv kimi irəli çəkir. İdarə Heyətinin sədri Anar Abdullayev isə sırf öz işiylə məşğuldur, baş məşqçinin səlahiyyətlərini mənimsəmir, müdaxilə etmir, «onu oynat», «bunu oynatma» demir.
«Kəpəz» həmişə ağır yer olub. Hər məşqçi burada baş çıxarmayıb. Azər Məmmədov başının üstündə əyləşənlərin - tribuna əhlinin və Anar Abdullayevin köməyi ilə futbolçuları öz ətrafında birləşdirib.
«Şəfa» ilə matçda penaltini qaçıran, hesabda geri düşən «Kəpəz» ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişməklə özgüvənli olduğunu nümayiş etdirdi.
Futbolçu biləndə də rəhbər və fanat ordusu baş məşqçinin arxasındadır, başqa məsələlərə diqqət ayırmır, söz-söhbət yaratmır, yalnız öz işiylə məşğul olur.
Azər Məmmədov bu üzdən özünü suda balıq kimi hiss edir.
KAMİL
