”Çempionlar Liqasındakı çıxış Azərbaycan futbolunun güzgüsüdür”

30 Oktyabr 23:40 Kəpəz 169
”Çempionlar Liqasındakı çıxış Azərbaycan futbolunun güzgüsüdür”

«Ayyarımda gördüklərimə əsasən deyə bilərəm ki, Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəlir, futbol sürətlə inkişaf edir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Kəpəz”in albaniyalı legioneri David Domqjoni deyib.

Sentyabrın 1-də Gəncə təmsilçisi ilə birillik müqavilə imzalayan mərkəz müdafiəçisi vaxtilə çıxış etdiyi Türkiyə ilə Azərbaycan çempionatları arasında müqayisə aparıb:

”Beş il Türkiyə liqalarında çıxış etmişəm. Orada infrastrukturun səviyyəsi bir qədər üstündür.

Bəzi stadionların şəraiti möhtəşəmdir. Lakin ötən mövsüm “Qarabağ”ın, bu il “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun keyfiyyətindən xəbər verir.

Məncə, Çempionlar Liqasındakı çıxış Azərbaycan futbolu üçün güzgüdür”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM