Super Liqanın 3 klubu azərbaycanlı qapıçını gündəminə aldı - SON DƏQİQƏ

31 May 15:15 Kəpəz 6 779
Super Liqanın 3 klubu azərbaycanlı qapıçını gündəminə aldı - SON DƏQİQƏ

Azərbaycan yığmasının sabiq qapıçısı Yusif İmanov yendən legioner həyatı yaşamağa yaxındır.

Son yeddi ayı «Kəpəz»də keçirən kiperə Albaniyadan ciddi maraq var.

Gəncə təmsilçisinin Premyer Liqada yerini qorumasında mühüm pay sahibi olan «əlcək sahibi»nə birdən-birə Super Liqanın üç iştirakçısından dəvət gəlib.

Hazırda danışıqlar ilkin mərhələdədir. İmanovun fikri təkrar ölkə xaricinə yollanmaqdır.

Mövsümün ən yaxşıları sırasında özünə yer etmiş qapıçı artıq bir dəfə özünü Avropada sınayıb.

Ötən ilin yayında «Sabah»dan aylıraraq Kosovoya - «Malışeva»ya yollanan Yusif oranı tərk etmək məcburiyyətində qalıb.

Balkan klubunun maliyyə problemləri ilə üzləşməsi bütün planları dəyişib. Üç aya yaxın əməkhaqqı ala bilməyən «çərçivə qoruyucusu» vətənə dönüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM