Premyer Liqa klubu xarici baş məşqçini Azərbaycana gətirdi - Yerində danışıqlar üçün

31 May 11:05 Kəpəz 5 422
Premyer Liqa klubu xarici baş məşqçini Azərbaycana gətirdi - Yerində danışıqlar üçün

Serbiyalı baş məşqçi bugünlərdə Azərbaycana səfər edib.

Onun gəlişi «Kəpəz» rəhbərliyinin dəvəti əsasında gerçəkləşib.

Hələlik adı gizli saxlanılan balkanlı mütəxəssis Bakıya təşrif buyururaq, «sarı-göylər»in yönətimi ilə görüş keçirib.

Tərəflər mümkün əməkdaşlığın perspektivini və şərtlərini müzakirə edib, daha sonra əcnəbi çalışdırıcı Gəncəyə üz tutub, şəraitlə tanış olub.

Klubdan aldığımız məlumata görə, hələlik son seçim edilməyib. Bir neçə nəfərin namizədliyi gözdən keçirilir.

Siyahıda həm yerli, həm də xarici məşqçilər yer alıb. Yekun qərarın iyunun ilk 10 günü ərzində verilməsi gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti