Bölgə təmsilçisi kapitanı saxlamaq istəmir? – Onun bir arzusu var

9 May 23:00 Kəpəz 198
Bölgə təmsilçisi kapitanı saxlamaq istəmir? – Onun bir arzusu var

“Rəhbərliklə danışığımız olmayıb.

Mövsümün başa çatmasını gözləyirlər yəqin”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in kapitanı Yeqov Xvalko komandadakı gələcək taleyi ilə bağlı danışarkən deyib.

Belaruslu müdafiəçi 2022-ci ilin yayından Gəncə təmsilçisinin şərəfini qoruyur.

O, Azərbaycana gəldiyi gündən “sarı-qaralar” Premyer Liqada qalmaq uğrunda mübarizə apararaq bütün hallarda məsqədinə çatıb.

Möcüzə baş verməsə, cari mövsümün yekununda elitadakı yerini qoruyacaq.

Xvalkonu mümkün yeni müqavilənin maddi tərəflərindən çox mənəvi tərəfi düşündürür:

“Mən bura gələndə klubun şəraiti çox zəif idi. Yadınızdadır yəqin, paltardəyişmə otaqları vaqonlarda yerləşdirilmişdi.

Baza hələ hazır deyildi. Son ilyarımda ümumiyyətlə, yollarda qalmışıq.

Həqiqətən çox çətinliklər yaşadıq. Buna baxmayaraq, həl il elitada qalmağı bacardıq.

İndi ən böyük arzum yeni tikilən stadionda, öz azarkeşlərimizin qarşısında oynamaqdır. Bilirəm ki, gəncəli fanatlar futbolu sevir və stadiona gəlirlər. O həyəcanı hiss etmək istəyirəm.

Sizi inandırım, işin maddi tərəfi mənim üçün ciddi önəm daşımır. Futbolçuyuqsa, gələcəyimizi hansısa komandada davam etdirəcəyik.

Sadəcə yeni stadionun ab-havasını hiss etməyi arzulayıram. Gələcəyimlə bağlı qərar baş məşqçidən və klub rəhbərliyindən asılıdır”.

28 yaşlı futbolçu “Kəpəz” formasında meydana çıxdığı 100 oyunda 3 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!