Gözləyin, Tərlan Əhmədov "Kəpəz"ə xeyli legioner aldıracaq

10 Dekabr 2022 09:40 Kəpəz 641
Gözləyin, Tərlan Əhmədov "Kəpəz"ə xeyli legioner aldıracaq

Az qalıb, iki həftə sonra «Kəpəz»də «yarpaq tökümü» başlayacaq.

Tərlan Əhmədov «transfer pəncərəsi»nin rəsmən açıq elan olunmasını gözləməyəcək.

Komanda istirahətə yollanan kimi əl-qolunu çırmalayacaq və «bazar»a baş vuracaq.

O, bunun üçün fürsət gəzir. Neçə vaxtdır «qaraladığı» bir qrup futbolçu var, onları dərbədər salacaq buradan.

Rauf Əliyevin arxasıyca daha 4-5 nəfəri yola salacaq. Ən azından, bu qədər.

Hətta mümkündür ki. göstərilən rəqəmdən artıq sayda oyunçu ilə vidalaşsın. Ona icazə versələr, «Kəpəz»də 2-3 nəfər saxlayar, qalanlarına «bye-bye» söyləyər.

Komandanın son həftələrdə tonusdan düşməsi, məğlubiyyət zolağına ilişməsi, əslində, Tərlan Əhmədovun kefini pozmur. İndiki duruma təəssüfləndiyini qətiyyən düşünmürəm.

Ona elə bu lazımdır. Rəhbərliyə «görürsüz, bu heyətlə ciddi iş görmək olmur, bizə çoxlu yeni futbolçu lazımdır» deyə bilməsi üçün.

Bir himə bənddir. O gün «Neftçi» və «Şamaxı»dan dost olduğu menecerləri bir işarəylə «Kəpəz»ə yaxın gətirəcək, lazımlı-lazımsız legionerlərlə müqavilə bağlatdıracaq.

Əcnəbilərin «bazar»ı Əhmədova həmişə «şirin» gəlib. Həmin adamdır. Bir daş altda, bir daş üstdə - işini görəcək.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"