"Milan"dan köhnə-yeni transfer - Birdəfəlik alındı

15 İyul 2020 19:30 İtaliya 788
"Milan"dan köhnə-yeni transfer - Birdəfəlik alındı

Simon Kyaer karyerasını “Milan”da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, komandada icarə əsasında çıxış edən danimarkalı müdafiəçi “Sevilya”dan birdəfəlik alınıb.

Onunla 2022-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. Transferin qiyməti açıqlanmayıb.

Bundan əvvəl İtaliya mətbuatı “Milan”ın “Sevilya”ya 3.5 milyon avro ödəyəcəyini yazmışdı. 31 yaşlı futbolçu bu ilin yanvar ayından “Milan”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 18:10 Çək və bizə göndər!
23 Dekabr 08:20 “Qarabağ”dan 12:1