Qış transfer dönəmində satmağı planlaşdırmır - Kevin de Bruyneni

18:40 İtaliya 48
Qış transfer dönəmində satmağı planlaşdırmır - Kevin de Bruyneni

“Napoli” yarımmüdafiəçisi Kevin de Bruyneni qış transfer dönəmində satmağı planlaşdırmır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçuya PSV-nin ciddi maraq göstərməsinə baxmayaraq,

Neapol təmsilçisi onu komandada saxlamaq niyyətindədir. “Napoli” De Bruyneni satılması nəzərdə tutulmayan futbolçular siyahısına daxil edib. Niderland klubunun İtaliya təmsilçisinin mövqeyini dəyişməsi üçün kifayət qədər yaxşı təklif irəli sürməsi lazım gələcək.

35 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 15 matçda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı De Bruynenin bazar dəyərini 8 milyon avro qiymətləndirir.

Onun komandası Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı