“Xetafe”nin müdafiəçisi Daniel Karvahal 2026-cı il dünya çempionatında oynamaq istəyindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu deyib:
“İspaniya millisinin dünya çempionatındakı heç bir oyununu qaçırmadım. Finalda qalib gələndə çox sevindim, eyni zamanda, göz yaşlarımı saxlaya bilmədim.
Mən də orada ola bilərdim… Bu, mənim kolleksiyamda çatışmayan yeganə kubokdur.
Klub səviyyəsində hər şeyi qazanmışam, Avropa çempionu olmuşam… Dünya çempionatı isə hər kəsin arzusudur”.
2026-cı il dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentina yığmasını 1:0 hesabı ilə məğlub edib.
Karvahal İspaniya yığmasının heyətində müxtəlif turnirlərdə 52 oyuna çıxıb, 1 qol vurub və 7 məhsuldar ötürmə edib. O, milli ilə sonuncu oyununu 2025-ci ilin sentyabrında keçirib.
Ciddi əzələ problemləri və ayaq barmağındakı çat səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalıb.
