"Səbail"in ayağı yenə büdrədi, "Karvan" Xankəndidə qazandı

18:00 I Divizion 120
"Səbail"in ayağı yenə büdrədi, "Karvan" Xankəndidə qazandı

Bu gün I Liqada 8-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olub. "Xankəndi" doğma şəhərindəki ilk oyununda "Karvan-Yevlax"ı qəbul edib.

Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk matç Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ötən tur "Şahdağ"la oyuna çıxmayan "Mingəçevir" azarkeşlərinin gözünü yoldan çəkib. Doğma şəhərdə "Baku Sportinq"i şəbul edən "işıqçılar" qonaqlara 1 cavabsız qolla qalib gəlib.

Böyük maraqla gözlənilən MOİK - "Səbail" duelində isə qapılara qol vurulmayıb. Beləcə, Elnur Abdullayevin çalışdırdığı "dənizçilər" Premyer Liqaya vəsiqə uğrunda iddiasını bir qədər də itirib.

MOİK – “Səbail” 0:0
Qırmızı vərəqə:
E.Morqan, 75 ("Səbail")

Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov
Binə qəsəbə stadionu

“Mingəçevir” – “Baku Sportinq” 1:0

Qollar: S.Oqunmola, 16
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

“Xankəndi” – “Karvan-Yevlax” 0:2

Qollar: İ.Əliyev, 67, O.Onyeka, 77
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev
Xankəndi şəhər stadionu

20 noyabr (cümə)

“Şahdağ Qusar” – “Gəncəbasar”

“Şimal” – “Zaqatala”

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı