Sumqayıtlı futbolsevərlə bu xəbərə çox sevinəcək - FOTOLAR

23:00 Sumqayıt 41
Sumqayıtlı futbolsevərlə bu xəbərə çox sevinəcək - FOTOLAR

“Sumqayıt” klubu azarkeşləri üçün yenilik etməyə hazırlaşır.

Belə ki, “gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə fan-shop açacaq.

Yeni mağaza Mehdi Hüseynzadə adına Sumqayıt stadionunun girişində yerləşəcək.

Bunun üçün stadionda xüsusi otaq ayrılıb və hazırda həmin məkanda təmir işləri aparılır.

Yaxın müddətdə azarkeşlərin ixtiyarına veriləcək fan-shop vasitəsilə yerli futbolsevərlər sevimli komandalarının rəsmi atributlarını əldə edə biləcəklər.

Beləliklə, “Sumqayıt” tərəfdarları klubun forma və digər atributlarını almaq üçün artıq xüsusi satış məntəqəsinə üz tuta biləcəklər.

Bu addım həm klubun azarkeşlərlə əlaqələrinin möhkəmləndirilməsi, həm də “Sumqayıt”ın atributlarının daha əlçatan olması baxımından əhəmiyyətlidir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti