Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayırdı

16:20 Hadisə 97
Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sportinfo.az xəbər verir ki, Sərəncama əsasən, müsabiqənin təşkili ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.

Sənədə əsasən, vəsait 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı hazırlıq və təşkilati işlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Digər Xəbərlər
Xəbər Lenti