“Ayxan Abasov minimum vəzifənin öhdəsindən gəldi, afərin!”.
Bu fikirlər Sportinfo.az saytının və “Sportinfo TV“nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Azərbaycan UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib. D Liqasının ikinci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşıb.
Vaduts şəhərindəki “Reynpark” stadionunda keçirilən görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, millimiz qrupun son oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub.
Yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan da daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.
Tanınmış jurnalist bu hadisəyə belə münasibət bildirib:
“Amma nə olsun, sevincimizi də doyunca yaşaya bilmirik. Buna deyərlər, qısır qalibiyyət. Niyəsini bilənlər bilir, bilməyənlərə də deyək.
Avropa çempionatı kimi qitənin bir nömrəli futbol yarışında iştirak bizim ucun illərdir əlcatmaz xəyal olaraq qalır. Bu gedişlə Allah bilir, hələ necə il də qalacaq!
Amma biz ilk dəfə olaraq hec olmasa, Avropa çempionatının özündə də olmasa, seçmə mərhələsinin “pley-off“unda oynaya, özümüzü o nəhəng yarışın qapısının astanasnda hiss edə bilərik.
Özümüzü layiq bilmədiyimiz Millətlər Liqasının D divizionunun bizə verdiyi şansdır bu. Bunun ücün D Liqasında çıxış edən 2 qrup üzrə 6 komanda arasında ən yaxşı nəticəyə malik olmalısan.
Yəni təkcə öz qrupunu lider kimi bitirməklə iş bitmir, digər qrupdakı komandaları da göstəricilərdə üstələməlisən. Burada isə FİFA reytinqində bizdən də 33 pillə geridə - 160-cı sırada olan Malta yolumuzu kəsib.
Əgər biz Lixtenştyenə səfərdə 1 yox, faha cox top fərqi ilə qalib gəlsəydik, indi bir qədər rahat idik.
Çünki o halda hazırda müsbət 2 top fərqinı malik Maltanı vurulan-biraxılan qollarda üstələyərdik və noyabrn 16-da o qrupun son matçında Cəbəllütariqi öz meydanında Malta ilə heç-heçə oynasa belə, bu, bizə kifayət edirdi.
Tarixi şans - gələn yazda Avropa çempionatının pley-offunda oynamaq imkanı qazanardıq. Gəl ki, biz indi Cəbəllütariqin mütləq və mütləq qələbəsinə ümid etməliyik.
Vəziyyətimiz lap filmdəki o məşhir lətifəni xatırlatdı: Allaha yalvarıb, almadığı lotoreya ilə maşın udmaq istəyən Əhmədiyyən!“.
