"Qurban Qurbanov bizə yol göstərəndir, qarşıda çoxlu hadisələr baş verəcək"

17:20 Qarabağ 56
"Qurban Qurbanov bizə yol göstərəndir, qarşıda çoxlu hadisələr baş verəcək"

"Baş məşqçimiz Qurban Qurbanovla mütəmadi olaraq danışıqlarımız olur”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın mozambikli legioneri Bruno Lanqa deyib.

29 yaşlı müdafiəçi komandasının çalışdırıcısı barədə fikirlərini bölüşüb:

"O, bizə yol göstərəndir. Təbii ki, oyunumu daha da yaxşılaşdıra bilərəm.

Amma hazırda əsas məqsədim komandama faydalı olmaq üçün əlimdən gələni etməkdir. Biz işimizi yaxşı görürük.

Çempionat hələ çox uzun bir marafondur. Qarşıda çoxlu hadisələr baş verəcək, fərqli nəticələr olacaq. Ona görə də hər şeyə normal baxırıq”.

Digər Xəbərlər
Xəbər Lenti