İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays komanda yoldaşı olan “Bayern”in hücumçusu Harri Keynin “qızıl top” mükafatına layiq olduğunu düşünür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli Lamin Yamalın istedadını yüksək qiymətləndirsə də, builki mükafatın Keynin haqqı olduğunu deyib:
“Lamin Yamal gələcəkdə daha çox “qızıl top” qazanacaq. O, inanılmaz futbolçudur. Lakin mənim fikrimcə, bu dəfə mükafatı qazanmağa layiq olan şəxs Harri Keyn idi”.
Keyn karyerasında ilk dəfə “qızıl top” mükafatına layiq görülüb. “Real”ın hücumçusu Kilian Mbappe səsvermədə ikinci, “Barselona”nın vingeri Lamin Yamal isə üçüncü yeri tutub.
