Avropa klubu Azərbaycan yığmasının daha bir oyunçusunu icarəyə götürmək istəyir - SON DƏQİQƏ

16:00 Gündəm 103
Avropa klubu Azərbaycan yığmasının daha bir oyunçusunu icarəyə götürmək istəyir - SON DƏQİQƏ

Azərbaycan yığmasının iki oyunçusu komanda yoldaşı ola bilər.

Toral Bayramov «Rakuv»dan təklif alıb.

Yayda Mahir Emrelini «Kayzerslautern»dən birillik icarəyə götürən Polşa klubu adıçəkilən müdafiəçini də eyni yolla sıralarına qatmaq iddiasındadır.

Ekstraklassada mübarizə aparan «Rakuv» artıq hədəfindəki futbolçu ilə ilkin danışıqlara başlayıb. Polyaklar Toralla qış fasiləsində 6 aylıq icarə müqaviləsi bağlamağı qarşısına məqsəd qoyub.

Sol cinah oyunçusu mövsümlərarası fasilədə Türkiyənin I Liqa təmsilçisi ilə 3 illik kontrakt bağlayıb. «Qarabağ»ı «yaşıl timsahlar»a dəyişmiş millinin üzvü buradakı durumundan narazıdır.

Baş məşqçi Mustafa Er hələ də onu əsas heyətə daxil etmir. Üstəlik, yerli mətbuatın daimi tənqid obyektidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti