“Qarabağ”ın sabiq legioneri Yassin Benzianın yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçisi karyerasını Tayland təmsilçisi “Buriram YUnayted”də davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər cari mövsümün sonunadək müqavilə imzalayıblar.
32 yaşlı əlcəzairli 2023-2025-ci illərdə “Qarabağ”da forma geyinib. Onun son klubu Səudiyyə Ərəbistanıda “Əl Feyha” olub.
Azərbaycan millisinin sabiq üzvü Ramil Şeydayev də "Buriram"da çıxış edib. O, 2023-2024-cü illərdə bu komandada oynayıb.

