"Neftçi" zirvədə, bəs "Qarabağ"da sular nə vaxt durulacaq? - VİDEO

19:00 Sportinfo TV 44
"Neftçi" zirvədə, bəs "Qarabağ"da sular nə vaxt durulacaq? - VİDEO

Premyer Liqanın 11-ci turunun ilk oyun günündə bir-birindən maraqlı hadisələr yaşandı.

“Qarabağ” bu mövsüm ilk məğlubiyyətini aldı.

Ardıcıl dördüncü oyundur qələbə qazana bilməyən Qurban Qurbanovun komandası yenə tənqid hədəfinə çevrildi.

Kurban Berdıyev isə “Zirə” və “Sabah”dan sonra “Qarabağ”ı da mat etməyi bacardı. "Turan Tovuz" artıq çempionluq mübarizəsinin tam mərkəzindədir.

“Neftçi” isə inamlı addımlarla çempionluğa doğru irəliləyir.

"Ağ-qaralar “Kəpəz”i məğlub etməklə birinci dövrəni lider kimi başa vurdu.

Azər Məmmədovun yetirmələri layiqli mübarizə aparsalar da, məğlubiyyətdən qaça bilmədilər.

Bəs bu iki qarşılaşmada başqa nələr yaşandı? “Qarabağ”ın məğlubiyyətinin arxasında nələr dayanır?

“Neftçi” sona qədər birinci pillədə qalmağı bacaracaqmı?

Xanoğlan İmanovun "Sportinfo TV" üçün hazırladığı növbəti videoda məhz bu iki qarşılaşmanın təhlili yer alıb.

Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti