“Middlsbro”nun hücumçusu Uill Lankşer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfoaz xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Tottenhem” və “Nyukasl”ın maraq dairəsindədir.
Ancaq Çempionşipdə Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparan “Middlsbro” hücumçusunu buraxmaq niyyətində deyil.
Lankşer cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb və 15 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalı ingiltərəli futbolçunun bazar dəyərini 18 milyon avro qiymətləndirir.
