Yenidən “Yuventus”un formasını geyinməyə yaxındır - Müqavilə bağlayacaq

18:40 İtaliya 65
Yenidən “Yuventus”un formasını geyinməyə yaxındır - Müqavilə bağlayacaq

PSJ-nin hücumçusu Randal Kolo Muani yenidən “Yuventus”un formasını geyinməyə yaxındır.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, fransalı futbolçu artıq Turinə gedib.

Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

Daha əvvəl yayılan xəbərlərdə Kolo Muaninin PSJ-dən “Yuventus”a transferinin bonuslar da daxil olmaqla 50 milyon avroya başa gələ biləcəyi bildirilib.

27 yaşlı hücumçu 2024/2025 mövsümünün ikinci yarısını icarə əsasında “Yuventus”da keçirib. O, Turin klubunun heyətində 22 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Yuventus” 2026/2027 mövsümündə ilk rəsmi oyununu avqustun 23-də “Frozinone”yə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti