“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis bu yay “Mançester Yunayted”ə transfer olunmaq niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Turin klubu braziliyalı futbolçunu təxminən 30 milyon avroya satmağa hazırdır. Daha əvvəl onun “Yuventus”un maraq dairəsində olan hücumçu Coşua Zirkze ilə dəyişdirilə biləcəyi barədə xəbərlər yayılmışdı.
Duqlas Luis ötən mövsüm icarə əsasında çıxış etdiyi “Nottingem Forest” və “Aston Villa”nın heyətində ümumilikdə 21 oyunda meydana çıxıb.
28 yaşlı yarımmüdafiəçinin “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
“Transfermarkt” portalı onun dəyərini 18 milyon avro qiymətləndirir. O, 2024-cü ilin yayında “Aston Villa”dan “Yuventus”a transfer olunmuşdu.

