Baş məşqçi hansı futbolçulara ehtiyacı olduğunu açıqladı

17:20 İtaliya 74
Baş məşqçi hansı futbolçulara ehtiyacı olduğunu açıqladı

“Yuventus”un baş məşqçisi Luçano Spalletti komandanın transfer ehtiyacları və gündəmdə olan futbolçular barədə danışıb.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Turin təmsilçisinin hazırda həm klassik mərkəz hücumçusuna, həm də hücumçuları ötürmələrlə təmin edəcək pleymeykerə ehtiyacının olduğunu bildirib:

“Hazırda bizdə mərkəz hücumçusu, eləcə də onu ötürmələrlə təmin edə biləcək pleymeyker çatışmır. Randal Kolo-Muani universal hücumçudur.

O, geriyə çəkilərək oyunu yarımmüdafiə ilə əlaqələndirə, boş zonalara daxil ola və cinahlarda da çıxış edə bilir. Kerim Alaybeqoviçi isə daha çox hücumçunun arxasında oynayan pleymeyker kimi görürəm”.

Daha əvvəl Kolo Muani (PSJ) və Alaybeqoviçin (“Zalsburq”) yaxın vaxtlarda “Yuventus”a transfer olunacağı ilə bağlı xəbərlər yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti