Məşhur şəxsin baş məşqçi postuna təyin olunduğunu elan etdilər

3 İyul 18:40 İtaliya 556
Məşhur şəxsin baş məşqçi postuna təyin olunduğunu elan etdilər

“Napoli” Massimiliano Alleqrinin əsas komandanın baş məşqçi postuna təyin olunduğunu elan edib.

Sportinfo.az Neapol təmsilçisinə istinadən xəbər verir ki, mütəxəssislə 2029-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

Alleqri futbolçu kimi 1997/1998 mövsümündə “Napoli”nin formasını geyinib. O, məşqçilik fəaliyyətinə 2003/2004 mövsümündə başlayıb.

Alleqri ötən mövsüm “Milan”ı çalışdırıb və komanda çempionatı 5-ci pillədə tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti