“Bu barədə çoxlu xəbərlər oxudum, amma biz onu heç vaxt transfer etməyə çalışmamışıq”

01:40 İtaliya 67
“Bu barədə çoxlu xəbərlər oxudum, amma biz onu heç vaxt transfer etməyə çalışmamışıq”

“İnter”in idman direktoru Piero Ausilio “Komo”nun yarımmüdafiəçisi Nikolas Pasla maraqlandıqları barədə yayılan xəbərlərə münasibət bildirib.

“Komo” bu yaxınlarda argentinalı futbolçunun transfer hüquqlarını tam şəkildə “Real”dan alıb.

“İnter” daha əvvəl Pasa əsas namizədlərdən biri hesab olunurdu.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisinin rəsmisi bu iddiaları təkzib edib:

“Pasla maraqlandığımız barədə çoxlu xəbərlər oxudum. Amma biz onu heç vaxt transfer etməyə çalışmamışıq.

Hazırda digər mövqeləri gücləndirmək üzərində işləyirik və transfer bazarında müxtəlif variantları dəyərləndiririk”.

“Komo” 21 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarını tam əldə etmək üçün 66 milyon avro ödəyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti