37 yaşlı qapıçının başa çatan müqaviləsini yenilənmədilər

15:40 İtaliya 81
37 yaşlı qapıçının başa çatan müqaviləsini yenilənmədilər

“İnter” qapıçısı Yann Sommerlə yollarını ayırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi 37 yaşlı qolkiperin müddəti başa çatan müqaviləsinin yenilənmədiyini və komandanı tərk etdiyini rəsmən açıqlayıb.

İsveçrəli 2023-cü ilin avqustundan “İnter”in formasını geyinirdi. O, bu müddətdə Milan klubunun heyətində ümumilikdə 139 oyuna çıxıb.

Sommer “İnter”lə birlikdə dörd titul qazanıb. Bunlar iki dəfə A Seriyası çempionluğu, bir dəfə İtaliya kuboku və bir dəfə də ölkə superkubokudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti