“O, bu gün öz mövqeyində dünyanın ən yaxşılarından biridir” - Vitse-prezident

1 İyun 18:40 İtaliya 590
“O, bu gün öz mövqeyində dünyanın ən yaxşılarından biridir” - Vitse-prezident

“İnter”in vitse-prezidenti Xavyer Zanetti, komandanın müdafiəçisi Federiko Dimarko barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 27 yaşlı futbolçunun hazırda öz mövqeyində dünyanın ən güclüləri sırasında olduğunu bildirib:

“Düşünürəm ki, o, bu gün öz mövqeyində dünyanın ən yaxşılarından biridir. Ötürmələrindən əlavə, qollar da vurur, sol ayağı keyfiyyətlidir və bu mövsüm ərzində çox sabit olub.

Dimarkonu “İnter” formasında, gənclər sistemimizin bir hissəsi olan və genində bu klub olan bir futbolçu kimi görmək böyük sevincdir. Onun xoşbəxtliyini görəndə əsl “İnter” oyunçusunu görürsən”.

Dimarko 2025/26 mövsümündə “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 47 oyuna çıxıb, 8 qol vurub və 18 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu