“Ürəyimə dammışdı ki, son zərbəni mən vuracam”

23:00 Milli komanda 104
“Ürəyimə dammışdı ki, son zərbəni mən vuracam”

“Yaponiya həqiqətən güclü rəqibdir.

Yoxlama matçlarında bizə belə rəqiblər lazımdır., çünki dünya çempionatında zəif rəqib olmayacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında U-20 millimizin üzvü Nadir Orucov deyib.

Qəbələdə Azərbaycanla Yaponiya yığmaları arasında keçirilən yoxlama görüşü qolsuz bərabərliklə başa çatsa da, penaltilər seriyasında Rui Jorjenin rəhbərlik etdiyi kollektiv dəqiqlik nümayiş etdirib qələbəyə sevindi.

“Sumqayıt”ın müdafiəçisi nəticənin onlar üçün gözlənilməz olmadığını sözlərinə əlavə edib:

“Əsas diqqəti müdafiədə kompakt oynayıb, əks-hücumlarda sürətli olmağa ayırmışdıq. Bu yolla istəyimizə çatmaq istəyirdik.

Lakin əsas vaxtda istəyimiz baş tutmadı. Məsələ penaltilər seriyasına qədər uzananda qalib gələcəyimizə inanırdım. Qələbəyə inamım var idi deyə, nəticə bizim üçün gözlənilməz olmadı”.

Nadiri həm də oyunun qəhrəmanı hesab edə bilərik. Məhz onun sonuncu zərbəni dəqiq yerinə yetirməsi sayəsində Azərbaycan yığması qələbəni bayram etdi.

2007 doğumlu futbolçu həlledici an barədə bunları deyib:

“Məlum məsələdir ki, zərbəni dəqiq vursaydım, qələbə qazanacağıq. Bu fakt məndə həyəcandan yox, motivasiya yaratmışdı.

Penaltiləri əsasən ilk beş nəfər yerinə yetirir. Ona görə də əsas mərhələdə topa yaxınlaşmadım. Bilirəm ki, zərbələrim istədiyim qədər dəqiq deyil.

Amma həlledici zərbəni vurmağım məndə həvəs yaratdı. Hiss edirdim ki, son zərbəni mən vurmalı olacağam.

Ürəyimə dammışdı ki, sonda məsuliyyət mənim üzərimdə olacaq, ona görə də topa hədsiz dərəcədə inamlı yaxınlaşdım. Bilirdim ki, qol vuracağam”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti