“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer dövründə “Yuventus”un əsas hədəflərindən birinə çevrilib.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi artıq fransalı futbolçu ilə bağlı “Real”a sorğu göndərib.
Xəbərdə bildirilir ki, Kamavinqa daha çox oyun praktikası qazanmaq məqsədilə klubunu dəyişməyə müsbət yanaşır.
“Yuventus” 23 yaşlı yarımmüdafiəçini satınalma hüququ ilə birlikdə icarəyə götürmək variantını nəzərdən keçirir. İtaliya klubu transferin maliyyə şərtlərini daha əlverişli etmək üçün məhz bu modelə üstünlük verir.
“Transfermarkt” portalının məlumatına əsasən, Kamavinqanın hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir. Futbolçunun “kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Kamavinqa son mövsümdə “Real”ın heyətində 43 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

