Baş məşqçi postuna əsas namizədlərdən biridir - İtaliya klubunda

00:20 İtaliya 102
Baş məşqçi postuna əsas namizədlərdən biridir - İtaliya klubunda

“Fənərbaxça”nın və Belçika millisinin sabiq baş məşqçisi Domeniko Tedesko karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis “Bolonya”nın baş məşqçi postuna əsas namizədlərdən biridir.

Tərəflər artıq danışıqlara başlayıb və Tedesko üçün müddəti 2028-ci ilə qədər olan müqavilə hazırlanır.

“Bolonya” bundan əvvəl Daniele De Rossi və Rafaelle Palladino ilə də maraqlanıb, ancaq hər iki məşqçi təklifi qəbul etməyib.

Tedeskonun son iş yeri “Fənərbaxça” olub.

“Bolonya” 2025/26 mövsümünü İtaliya A Seriyasında turnir cədvəlinin 8-ci pilləsində tamamlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti