Üçünü də gətirmək istəyirlər - Premyer Liqa komandasından

28 May 12:20 İtaliya 608
Üçünü də gətirmək istəyirlər - Premyer Liqa komandasından

“Yuventus” yay transfer dövründə heyətini gücləndirmək üçün “Liverpul”dan üç futbolçunu hədəfə alıb.

Sportinfo.az “La Repubblica”-ya istinadən xəbər verir ki, Turin klubu müdafiəçi Endryu Robertson, hücumçu Məhəmməd Salah və qapıçı Alisson Bekkerlə maraqlanır.

Bildirilir ki, “Yuventus” bu oyunçuların ikisini azad agent kimi heyətinə qatmağa ümid edir.

Yalnız Bekker üçün transfer haqqı ödəmək lazım olacaq, çünki onun “Liverpul”la müqaviləsinin müddəti gələn yay başa çatacaq.

“Yuventus” İtaliya A Seriyasında 2025/26 mövsümünü 69 xalla turnir cədvəlinin 6-cı pilləsində tamamlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!