“Liverpul”un müdafiəçisi Endryu Robertson bu yay klubundan ayrılaraq, karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində “Yuventus” maraqlıdır və Turin təmsilçisi artıq transfer üzərində işə başlayıb.
Daha əvvəl futbolçunun “Tottenhem”lə prinsipial razılığa gəldiyi iddia olunurdu. Belə ki, London klubunun Premyer Liqada yerini qorumaq şərtilə transfer reallaşa bilərdi.
Komanda elitada qalmağı bacarsa da, indi “Yuventus”un oyunçunu ələ keçirmək üçün ciddi addımlar atdığı bildirilir.
Şotlandiyalı futbolçu 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur. O, 2025/26 mövsümündə 36 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

