İspaniyalı baş məşqçiyə rəsmi təklif göndərdi - “Milan”

28 May 00:10 İtaliya 624
İspaniyalı baş məşqçiyə rəsmi təklif göndərdi - “Milan”

“Milan” baş məşqçi postu üçün əsas namizədini müəyyənləşdirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu hazırda “Bornmut”u çalışdıran Andoni İraolaya rəsmi təklif göndərib.

Milan təmsilçisi ispaniyalı mütəxəssisə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edib. Anlaşmaya əsasən, məşqçi mövsümə 4 milyon avro qazanacaq.

İraola hazırda “qırmızı-qaralar”ın əsas hədəfidir. Bununla yanaşı, onun “Kristal Pelas”, “Nyukasl” və “Bayer” (Leverkuzen) kimi klublardan da təklif aldığı qeyd olunur.

Andoni İraola başa çatan 2025/26 mövsümündə “Bornmut”a tarixində ilk dəfə UEFA Avropa Liqasına vəsiqə qazandırıb.

“Milan”ın daha əvvəl “Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes variantını da nəzərdən keçirdiyi bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu