“Barselona” və “Liverpul” “İnter”in müdafiəçisi Denzel Dumfrisin transferi ilə bağlı ilk addımı atıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki klub niderlandlı futbolçu ilə mümkün keçid barədə əlaqə saxlayıb.
Müdafiəçinin müqaviləsində 25 milyon avroluq sərbəstqalma maddəsi yer alır.
Bildirilir ki, “Barselona” yalnız Jül Kundenin satışı baş tutacağı halda bu transfer üçün ciddi addım ata bilər. “Liverpul” isə hələlik futbolçunun durumunu izləməyə davam edir.
Gözlənilir ki, transfer məsələsinə yayda keçiriləcək dünya çempionatından sonra tam aydınlıq gələcək.
30 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 28 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

