“Roma”nın hücumçusu Paulo Dibala karyerasını klubunda davam etdirməyə qərar verib.
Argentinalı futbolçunun hazırkı müqaviləsinin müddəti gələn ay başa çatsa da, tərəflər yeni sözləşmənin imzalanmasına çox yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.
32 yaşlı forvardın illik maaşı bonuslar xaric 2,5 milyon avro olacaq.
Dibala 2022-ci ilin yayından “Roma”nın formasını geyinir. O, başa çatan mövsümdə bütün turnirlərdə 27 oyuna çıxaraq, 3 qol vurub və 8 məhsuldar ötürmə verib.

