Premyer Liqada çıxış edən fransalı hücumçunu “qaralayıb” - “Milan”

3 Dekabr 2025 10:00 İtaliya 718
Premyer Liqada çıxış edən fransalı hücumçunu “qaralayıb” - “Milan”

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta A Seriyasına keçidə müsbət yanaşır.

Sportinfo.az “talksport”-a istinadən xəbər verir ki, “Milan”ın 28 yaşlı forvardla maraqlandığı bildirilir.

Matetanın “Kristal Pelas”la müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq və hazırda tərəflər arasında yeni anlaşma ilə bağlı heç bir irəliləyiş yoxdur.

Fransalı öz gələcəyi barədə yekun qərarı 2026-cı il dünya çempionatından sonra verməyi planlaşdırır.

Mateta bu mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti