Millimizin əcnəbi sabiq baş məşqçisi Bakıya niyə gəlir?

03:20 Sizdən Bizə 100
Millimizin əcnəbi sabiq baş məşqçisi Bakıya niyə gəlir?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bernard Lippert Bakıya gəlir.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 64 yaşlı almaniyalı mütəxəssis məlumat verib.

O, Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə əlaqədar ölkəmizə səfər edəcək.

"Çərşənbə günü Bakıda olacağam. Səfərim U-15 dünya çempionatı ilə bağlıdır. Çünki mən FIFA-da ekspert kimi fəaliyyət göstərirəm".

U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Bernard Lippert 2009-2014-cü illər aralığında tanınmış həmyerlisi Berti Foqtsun köməkçisi qismində milli komandamızda çalışıb.

Bununla yanaşı, AFFA-nın texniki direktoru (2008-2020), U-21 yığmamızın baş məşqçisi (2009-2014) vəzifələrini tutub.

Onun son iş yeri Qana millisi olub. 2020-ci ildən 2023-cü ilin oktyabrına qədər adıçəkilən komandada texniki direktor kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü