Çexiya millisinin sabiq futbolçusu Yan Raynoç Praqa “Slaviya”sının Çempionlar Liqasındakı çıxışına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, Türkiyədə “Ankaragücü”, “Sivasspor” və “Adana Dəmirspor”un formasını geyinmiş keçmiş müdafiəçi çexiyalıların 3-cü turda “Fənərbağça” ilə səfər matçında uğur qazanacağına inanır.
45 yaşlı mütəxəssisin fikrincə, “Slaviya” 2-ci turda Bakıda “Sabah”a (0:2) məğlub olsa belə, Türkiyədən xalla dönə bilər:
“Fikrimcə, “Slaviya” Azərbaycandakı görüşdə heç də pis təsir bağışlamamışdı. Sadəcə, meydan sahibi amili rəqibin xeyrinə işlədi.
“Fənərbağça”da ustalığı ilə seçilən ön xətt oyunçuları var. Ancaq “Slaviya”nın əsas gücü kollektiv şəkildə oynamaq və stabilliyi əldən verməməkdir.
Bunu nəzərə alaraq, matçın heç-heçə yekunlaşacağını proqnozlaşdırıram”.
“Fənərbağça” – “Slaviya” oyunu oktyabrın 20-də keçiriləcək. Həmin gün “Sabah” Dortmund “Borussiya”sını qəbul edəcək.
