“Vəziyyətdən çıxmaq, böhrandan qurtulmaq üçün “Sabah”la qarşılaşma yaxşı şansdır”

“Vəziyyətdən çıxmaq, böhrandan qurtulmaq üçün “Sabah”la qarşılaşma yaxşı şansdır”

Çempionlar Liqasının 3-cü turunda “Sabah”la qarşılaşacaq Dortmund “Borussiya”sında baş verənlər Almaniya mətbuatının diqqətindən yayınmayıb.

Sportinfo.az xəbər verir ki, yerli KİV komandanın son dönəmlərdəki çıxışını “böhran” kimi qələmə verib.

Son olaraq Bundesliqanın 6-cı turunda “Union”la qolsuz bərabərə qalan “Borussiya” artıq 3 oyundur qələbə qazana bilmir. Həmkarlarımız ən böyük problemin hücum xətti ilə bağlı olduğunu düşünür:

“Komanda iki oyundur qol vura bilmir. Hətta qol vəziyyətləri yaratmaqda da çətinlik çəkir.

Bu tilsimi Bakıda qırmaq lazımdır. Vəziyyətdən çıxmaq, böhrandan qurtulmaq üçün “Sabah”la qarşılaşma yaxşı şans ola bilər”.

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti