“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi komandanın braziliyalı hücumçusu Riçarlison ətrafında yaranmış vəziyyətə münasibət bildirib.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu barədə heç nə bilmədiyini deyib:
“Mən heç nə bilmirəm, bu, mənim problemim deyil. Onunla bağlı heç bir qərar verməmişəm
. Suallarınızı klub rəhbərliyinə ünvanlamalısız. Mənimlə danışmaq istəyirsə, gəlsin.
Məni harada tapacağını bilir. Səhər saat 08:30-dan axşama qədər kabinetimdəyəm. Heç kimlə problemim yoxdur”.
Daha əvvəl “Tottenhem” Riçarlisonu əsas komandadan kənarlaşdırıb. Buna səbəb 29 yaşlı futbolçunun son anda “Everton”a keçməkdən imtina edərək, London klubunu çətin vəziyyətdə qoyması olub.
