Klubu yardımçı olmadı, AFFA-dan kömək istədi, həkimlər əməliyyatdan vaz keçdi

13:00 Milli komanda 156
Klubu yardımçı olmadı, AFFA-dan kömək istədi, həkimlər əməliyyatdan vaz keçdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov qarşıdakı bir neçə günü Bakıda keçirəcək.

Ayyarım öncə “Bukovina” iməl müqavilə bağlamış 27 yaşlı forvard ötən həftədən buradadır.

Səbəb zədəli olmasıdır. Belə ki, o, UEFA Millətlər Liqasının üçüncü turunda Litvaya qarşı oyunda (1:0) xəsarət alıb.

Bakdakı matçın ikinci yarısında zədələnən Dadaşov tibbi baxışdan keçirilib. Budun ön hissəsində əzələ yırtığı aşkarlanıb.

Həkimlərin ilkin rəyinə əsasən, Renat təqribən 2-3 həftəlik müalicə kursuna cəlb olunacaq. Hücumçunun yaşıl meydanlara dönüşü 1 aya qədər də uzana bilər.

Bu isə o deməkdir ki, Dadaşov noyabrın sonu və ya dekabrın əvvəlinədək sağalmasını gözləməlidir.

Başqa sözlə, həm Ukrayna klubunun qarşıdakı bir neçə oyununu, həm də Azərbaycan millisinin noyabrda Lixtenşteynlə rəsmi, Andorra ilə yoxlama matçlarını buraxa bilər.

Əməliyyatla dönüşü tezləşdirmək? Həkimlər bu variantdan vaz keçib. Bakıdakı xəstəxanaların birində müayinə edilən ön xətt oyunçusunu cərrah masasına qaldırmağa lüzum görməyiblər.

Hər halda bu proses AFFA-nın diqqət mərkəzindədir. “Bukovina”nın isə hazırda belə tibbi imkanı yoxdur.

Ukraynalılar Dadaşova onu lazım səviyyədə müalicə edə bilməyəcəklərini söyləyib. O da AFFA ilə əlaqə saxlayaraq, kömək istəyib.

Federasiya da belədə bütün xərcləri üzərinə götürüb və Bakıya qayıdışını təmin eləyib.

Yığmamız noyabrın 13-də Millətlər Liqası çərçivəsində Lixtenşteynlə, 3 gün sonra isə yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti