Özünü Bakıya yetirən “Sarı divar”: “Yol həqiqətən Xəzər dənizinə kimi gedib çıxır?” - FOTO

00:00 Hadisə 81
Özünü Bakıya yetirən “Sarı divar”: “Yol həqiqətən Xəzər dənizinə kimi gedib çıxır?” - FOTO

Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Bakıda davam edən “Sabah” – “Borussiya” (Dortmund) matçında qonaq komandanın azarkeşləri maraqlı jestləri ilə diqqət çəkiblər.

Sportinfo.az xəbər verir ki, Dortmund təmsilçisinin məşhur “Sarı divar” (Gelbe Wand) kimi tanınan azarkeş qrupu Bakı Olimpiya Stadionunun tribunalarında xüsusi banner açıb.

Şüarda alman dilində “Führt der Weg selbst ans Kaspische Meer” (“Yol həqiqətən Xəzər dənizinə kimi gedib çıxır?”) sözləri yazılıb.

Alman azarkeşlər bu mesajla komandalarını hara gedirsə getsin, hətta Xəzər sahillərinə qədər addım-addım izlədiklərini və dəstəklədiklərini nümayiş etdiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü