“Bakıda cəsarətli olmalıyıq, eyni səhvləri təkrarlamamalıyıq” - İdman direktoru

11:20 Sabah 121
“Bakıda cəsarətli olmalıyıq, eyni səhvləri təkrarlamamalıyıq” - İdman direktoru

“Hazırda komanda olaraq öyrənmək və daha yaxşı olmaq üçün böyük imkanımız var. Biz bundan mütləq yararlanmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bunu Dortmund “Borussiya”sının idman direktoru Ole Buk deyib.

Almaniya Bundesliqasının 6-cı turunda “Union”la səfərdə qeydə alınan qolsuz bərabərliyi dəyərləndirən klub rəsmisi son vaxtlar enişdə olduqlarını gizlətməyib.

Buk Bundesliqa təmsilçisinin əsas problemlərindən də söz açıb:

“Dərinliyə oynamaq üçün meydanın hər yerində cəsarətli futbol nümayiş etdirməlisən. Əsasa problemimiz də budur.

Daha cəsarətli oynasaq, həqiqətən yaxşı futbol göstəririk. Norveçdə 0:1 geridə olanda və ya bu gün vaxtın əleyhimizə işlədiyini hiss edəndə daha yaxşı oynayırıq.

Diqqət yetirməli olduğumuz məsələ budur. “Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq. Bakı səfəri hansı dərsləri çıxardığımızı göstərəcək”.

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!