Bu gecə Bakıda “qırmızı xətt” gücləndirilmiş qrafikdə işləyəcək - ÇL-ə görə

13:20 Gündəm 123
Bu gecə Bakıda “qırmızı xətt” gücləndirilmiş qrafikdə işləyəcək - ÇL-ə görə

“Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda turnirin 3-cü turunda Almaniyadan “Borussiya” (Dortmund) klubu ilə üz-üzə gələcək.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma ilə əlaqədar Bakı metropolitenində xüsusi iş rejimi tətbiq olunacaq.

Stadionun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək.

Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Həmçinin Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti